ÇıxışYolu.Com – Uduzan döyüşçü hakimə hücum etdi

Baxış sayı: 2. 042 dəfə baxılıb.

ÇıxışYolu.Com - Uduzan döyüşçü hakimə hücum etdi

Qarışıq döyüş növləri üzrə keçirilən “Bellator 232” turnirində çıxış edən amerikalı idmançı Markus Surin hakimə hücum edib.

Bu barədə məlumat turnirin “İnstagram” səhifəsində yer alıb.

Deyilir ki, idmançı Devun Pauel adlı döyüşçüyə məğlub olandan sonra hakimə hücum edib.

İkinci raundda Pauell boğucu fənd işə salıb. Buna görə də hakim döyüşü dayandırmalı olub. Bundan sonra Surin hakimi ayaqları ilə möhkəm sıxıb və bir neçə saniyə buraxmayıb.