“Neftçi” və Moldovanın “Sperantsa” klubu arasında UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu Azərbaycanda deyil, Moldovada baş tutacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qərarı UEFA qəbul edib. Həmin görüş iyulun 11-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.
Qeyd edək ki, cavab matçı isə bir həftə sonra – ayın 18-də “Bakcell Arena”da olacaq.
Səbuhi Musayev