ÇıxışYolu.Com – Ukrayna Rusiya tankerini həbs etdi

Baxış sayı: 2. 329 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ukrayna Rusiya tankerini həbs etdi

Ukrayna məhkəməsi Rusiyaya məxsus “Nika Spirit” tankerinin həbs olunması ilə bağlı qərar çıxarıb.

TASS xəbər verir ki, bununla bağlı Ukraynanın Baş Hərbi Prokuroru Anatoli Matios “Facebook” hesabı vasitəsilə açıqlama verib.

Prokuror həbslə bağlı bəzi sənədləri də paylaşıb.

Sözügedən gəmi iyulun 25-də İzmail limanında saxlanılmışdı.

Ukraynalılar iddia edir ki, “Nika Spirit” ötən ilin noyabr ayında Qara dənizdə Kerç boğazındakı hərbi insidentdə onların gəmilərinə maneçilik törətmişdi. Məlumata görə, o vaxt gəminin adı “Neyma” imiş.

Gəmi bütün ekipajı və içindəki sənədlərlə birlikdə müsadirə olunub.

Bildirilib ki, Rusiya tərəfi qarşıdakı beş gün ərzində Odessa məhkəməsinə apellyasiya şikayəti edə bilər.

Qeyd edək ki, ötən ilin noyabrında baş verən insidentdə ruslar Ukraynaya aid üç gəmini müsadirə etmiş, dənizçilər həbs olunmuşdu.