Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanın “Neyma” tankerini saxlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Rusiya tankeri Kerç boğazında Ukrayna gəmilərinin qarşısını kəsdiyinə görə saxlanılıb.
Qurumun əməkdaşları tankerdə axtarış aparıblar, sənədləri götürüb və ekipajı dindiriblər.
Hazırda həbs üçün vəsatət hazırlanır.