May ayında Tel-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” beynəlxalq musiqi yarışmasında iştirak edəcək təmsilçilərin adlarının açıqlandığı dönəmdə Ukrayna müsabiqə ilə bağlı uğursuzluğa düçar olub. Səbəb isə ifaçıların bu müsabiqədə iştirak etməkdən boyun qaçırmalarıdır.
ÇıxışYolu.Com xəbər verir ki, milli seçim turunda ikinci yeri qazanan “Freedom-Jazz Girls” qrupu Ukrayna ictimai televiziyasının təklifinə “yox” cavabı verib.
Qrupun yarışmada iştirakdan imtina etməsi Avropa turuna çıxmaq planları ilə əlaqələndirilib.
Qrup üzvlərinin verdikləri məlumata görə, onlar avropalı təşəbbüskarlarla müqavilə imzalamaq mərhələsindədirlər və yaxın vaxtlarda baş tutacaq konsert turları ilə bağlı danışıqlar aparırlar.
Bundan sonra Ukraynanı beynəlxalq müsabiqədə təmsil etməsi üçün milli seçim turunda üçüncü yeri qazanan “Kazka” qrupuna təklif göndərilib.
Qeyd edək ki, daha əvvəl seçim turunun qalibi olan müğənni Maruv da yarışmadan imtina edib.
Sənətçi, Ukrayna ictimai televiziyası ilə razılığa gələ bilmədiyini açıqlayıb. İfaçı müsahibəsində bildirib ki, yarışmadakı ukraynalı siyasətçilərin reklamına çevirəcək şüarlar səsləndirmək niyyətində deyil.
Rəşad Əliyev