“Fənərbaxça”nın yarımmüdafiəçisi Matyö Valbuena öz “twitter” hesabında yayda klubu tərk edəcəyini bildirib.
“Mənim bu klubda səyahətim başa çatdı. Burada olduğum iki il ərzində görüşmək şansım olduğu hər kəsə minnətdarlığımı bildirirəm. Mən gözəl bir ailənin bir parçası idim. Heç vaxt unutmayın ki, mənim üçün İstanbul həmişə sarı-göy olacaq”, – deyə fransız futbolçusunun vida məktubunda bildirilir.
Qeyd edək ki, Valbuena “Fənərbaxça”ya 2017-ci ildə keçib. Ötən mövsümdə 34 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının iştirak etdiyi 22 oyununda öz hesabına 3 qol (biri penaltidən olmaqla) yazıb və iki sarı vərəqə alıb.