Əməkdar artist Vasif Məhərrəmli ötən axşam “Xəzər TV”də yayımlanan “5-də 5” proqramında qonaq olub.
ÇıxışYolu.Com xəbər verir ki, Vasif canlı efirdə mühafizəçi ilə söz savaşına çıxıb. Səbəb sənətçinin studiyaya özü ilə mobil telefonunu keçirtmək istəməsi olub.
Bu isə canlı efirin qaydalarına ziddir. Məhərrəmli bu qaydalara riayət etmək istəməyib və mühafizəçi ilə dilləşib.
O, təhlükəsizlik işçisinə “Get, gözətçiliyini et” deyib.
Proqramın kulisində yaşanan gərgin dolu anlar canlı efirə də çıxıb. Verlişin aparıcısı Zaur Kamal isə ikilini sakitləşdirməyə çalışsa da, mübahisə daha da şiddətlənib.
Bunu görən Zaur rejissora səslənərək “bunu sakitləşdirin, səsi başıma düşür” deyib.
Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli bundan öncə də müxtəlif peşə sahiblərinə qarşı ağır ifadələr səsləndirərək, izləyicilərin qınağına tuş gəlib.
Belə ki, V.Məhərrəmli, ötən həftələrin birində “Ay Zaur” proqramında qonaq olduğu zaman dilə gətirdiyi “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram. Mən dünyanın ən bahalı ətrini vururam” kəlmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar Vasifi bu sözlərinə görə sosial şəbəkələrdə linç ediblər.
Daha sonra isə əməkdar artist açıqlamasında proqramdakı çıxışını təhrif olunduğunu söyləyərək, özünə bəraət qazandırmağa çalışıb.
Rəşad Əliyev