ÇıxışYolu.Com – Venesuela konsulluq və səfirliklərinə hücumlar başladı

Baxış sayı: 3. 454 dəfə baxılıb.

Ekvadorun Quayakile şəhərində Venesuela baş konsulluğu bir qrup silahlı şəxsin hücumuna məruz qalıb.

Bu barədə Lenta.Ru məlumat yayıb.

Diplomatik nümayəndəliyin rəhbəri Fernando Bellonun sözlərinə görə, konsulluq binasına basqın edən yeddi yaraqlı içəridə olan pul vəsaitlərini oğurlayıb, həmçinin, konsulluq əməkdaşlarına fiziki xəsarətlər yetirib.

“Onlar bizim siyasi baxışlarımızı məsxərəyə qoyurdular”, – deyə Bello əlavə edib.

Faktla bağlı cinayət işi açılıb, silahlıların axtarışı həyata keçirilir.

Venesuela XİN rəhbəri Xorxe Arreasa daha əvvəl ölkənin Kosta-Rikadakı səfirliyinə naməlum şəxslərin hücum etdiyini bildirib. Müxalifət lideri Xuan Quaidonun “xarici işlər naziri” təyin etdiyi Maria Faria buna cavabında onun silahdaşları ilə birlikdə San-Xosedəki səfirlik binasını nəzarətə götürdüyünü açıqlayıb.