ÇıxışYolu.Com - Vidadi Zeynalov azadlıqda

ÇıxışYolu.Com – Vidadi Zeynalov azadlıqda

Baxış sayı: 2. 940 dəfə baxılıb.

ÇıxışYolu.Com - Vidadi Zeynalov azadlıqda

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.

Bu barədə ÇıxışYolu.Com-a V.Zeynalovun qardaşı Vahid Zeynalov məlumat verib. 

Onun vaxtından əvvəl azadlığa buraxılması məsələsinə Sabunçu Rayon Məhkəməsində baxılıb. V.Zeynalov cəzasının 4/5 hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılmasına qərar verib.

V.Zeynalovun cəza müddətinin bitməsinə yeddi ay qalmışdı.

Qeyd edək ki, V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Apellyasiya şikayətindən sonra V.Zeynalovun cəzası dörd ilə endirilmişdi.