Xorvatiya çempionatında futbolçuların sevinci özlərinə baha başa gəlib.
“Hayduk” və “Slavena Belulo” komandaları arasında keçirilən matçın 74-cü dəqiqəsində “Slavena”nın oyunçuları qol vurduqlarını hesab edərək sevinməyə başlayıblar. Əslində isə Qlavçiçin vurduğu zərbə heç də qapı xəttini keçməyib.
Hakim oyunu saxlamayıb, vəziyyətdən istifadə edən “Hayduk”un oyunçuları əks-hücum təşkil edərək, topu boş qapıdan keçirə biliblər.
Oyun 2:0 Haydukun qələbəsi ilə bitib. 13 oyundan sonra komanda Xorvatiya çempionatında liderliyini qoruya bilir.