Vyetnamda kişi televizoru digər otağa qoyduğuna görə həyat yoldaşını döyüb.
Kişi arvadını vurarkən qadının qucağında uşağı olub.
Hadisə görüntülərinin yer aldığı videonu xəsarət almış qadın – Vu Txi Txu Linin özü yayıb.
Kadrlardan görünür ki, Nquen Suan Vin qadını bir neçə dəfə vurur. Radioaparıcı işləyən qadın zərbələrin birindən sonra yerə yıxılır və xəstəxanaya müraciət etməli olur. Onun sözlərinə görə, əri döyüş sənətləri üzrə ustadır.
Bildirilir ki, cütlük idmançının kobud rəftarına görə daha əvvəl ayrılıb, lakin ikinci uşaq dünyaya gəldikdən sonra yenidən birlikdə yaşamaq qərarına gəlib.