ÇıxışYolu.Com – Xərçəng xəstəsi olan həyat yoldaşının saçlarını qırxmaq üçün xüsusi mərasim təşkil etdi

Baxış sayı: 2. 193 dəfə baxılıb.

Mendi Parks adlı amerikalı fotoqraf bu dəfə toy və ya ad günündən deyil, başqa bir mərasimdən şəkil çəkdirmək üçün dəvət alıb.

Mendini fotosessiyaya dəvət edən Çarli və Kelsi Consonlar ailəsi Arkanzas ştatında yaşayırlar.

Çarlinin süd vəzisində xərçəng aşkarlanıb. Kimyaterapiya keçən qadının saçlarını qırxmaq lazım gəlib. Bu işi onun əri Kelsi öz öhdəsinə götürüb. Sevimli həyat yoldaşının saçlarını göz yaşları ilə qırxan Kelsi bu anların əbədiləşdirilməsini istəyib.

Fotoqraf çəkdiyi şəkilləri “Facebook” hesabında paylaşıb. İzləyicilər qadına dəstəklərini nümayiş etdiriblər.