ÇıxışYolu.Com - Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı

ÇıxışYolu.Com – Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı

Baxış sayı: 2. 818 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xəstəliyə yoluxmuş 400 kiloqram mal əti aşkarlandı

Mingəçevir şəhərində aparılan monitorinqlər zamanı istifadəyə tam yararsız 400 kq mal əti aşkarlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, aprel ayının 17-də Mingəçevirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə monitorinq aparıb.

Nəticədə Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid “Aqoniya” xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan, 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Könül Cəfərli