ÇıxışYolu.Com - Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi

ÇıxışYolu.Com – Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi

Baxış sayı: 1. 640 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi

Bakı Dövlət Universitetinin mətbuat xidməti halı pisləşən tələbələrlə bağlı məlumat yayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, hadisə BDU-nun yataqxanasında yox, tələbələrin yaşadığı kirayə evdə baş verib:

“Universitetin yataqxanasına təcili yardım çağrılmayıb. Halı pisləşən tələbələrdən biri Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dördüncü kurs tələbəsi Məryəm Ramazanovadır. 

Digər tələbə bizim universitetdə oxumur. Onlar qohum olublar, birlikdə kirayə mənzildə qalırdılar. İlkin məlumata görə, tələbələrin mədə soyuqdəyməsi səbəbindən vəziyyətləri pisləşib. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir”.

Qeyd edək ki, halı pisləşən tələbələr 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır.

11:29

Bakı Dövlət Universitetinin iki tələbəsinin vəziyyəti pisləşib.

Bu barədə ÇıxışYolu.Com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

Könül Cəfərli