ÇıxışYolu.Com – Xəyanət Ani Lorakın keçmiş ərinə baha başa gəldi
Posted on
Baxış sayı: 3. 017 dəfə baxılıb.
Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak həyat yoldaşı, türkiyəli iş adamı Murat Nalçacıoğlundan rəsmi şəkildə ötən ilin son günü boşanıb. Bu ayrılıq Muratın işlərinə kölgə salıb.
ÇıxışYolu.Com xəbər verir ki, Muratın qurduğu ikinci biznesi də çöküb.
Türkiyəli iş adamının biznesinin iflas olmasına dair mətbuata xəbərlər sızıb. Belə ki, Muratın işlədiyi Kiyev şəhərində fəaliyyət göstərən “Famous” adlı gecə klubu bağlanıb. Beş il müddətində klub Kiyev elitasının ən sevimli məkanına çevrilib.
Sözügedən məkanın hansı səbəblər ucbatından bağlanması açıqlanmasa da, onun Ani Lorak tərəfindən dəstəksiz qaldığı üçün bu vəziyyətə düşdüyü güman edilir.
Qeyd edək ki, Ani ilə Murat 2009-cu ildə ailə qurub. Cütlüyün Sofiya adlı qız övladları var. O, hazırda anası ilə birgə Moskvada yaşayır. Ötən yay Muratın ukraynalı model Yana Belyaevo ilə Aniyə xəyanət etməsinin videogörüntüləri sosial şəbəkələrə sızıb. Nəticədə Ani Lorak Muratdan boşanıb.