Xaçmazda 1976-cı ildə istifadəyə verilən məktəbin əsaslı təmirinə başlanıb.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təmir işləri Heydər Əliyev fondunun təşəbbüsü ilə həyata keçirilir.
Uzun illərdir yararsız vəziyyətə düşən təhsil ocağının 1400-ə yaxın şagirdi var.
Xaçmazın ən böyük təhsil müəssisələrindən hesab edilən binada təmir işlərinə iyun ayının 18-də start verilib.
Hazırda iki korpus və üç mərtəbədən ibarət olan binanın dam örtüyü dəyişdirilir. Yeni tədris ilində məktəb şagirdləri təhsillərini müvəqqəti olaraq yaxınlıqdakı məktəblərdə davam etdirəcəklər.
İşlərin 2020-ci ilin mart ayında yekunlaşacağı planlaşdırılır. Təmir işləri bitdikdən sonra məktəb binası lazımi inventar və avadanlıqlarla da təmin ediləcək.
Təhsil müəssisəsi 2 minə qədər şagird üçün nəzərdə tutulur.
Tehran Orucoğlu