Türkiyədə xadimə işlədiyi evi talayıb.
Hadisə İstanbul şəhərinin Tuzla ərazisində baş verib.
Ev sahibləri artıq iki ildir evlərində işləyən xadimənin oğurluq etməsindən şübhələnərək, evə kamera yerləşdiriblər.
Kameradan qadının siyirmələri açaraq, oğurluq etdiyini görən ev sahibləri polisə müraciət ediblər.
Polis qadını nəzarətə götürüb.