Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov iddia edir ki, atası məşhur gürcü balet artisti Nikolay Tsiskaridzedir. Gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.
“Nemalaxov”un yaydığı məlumata görə, Timur Əkbərov gürcü artistin oğlu olduğunu deyir.
“Niyə məni tərk etdin, niyə? Görüşəndə ən vacib sualıma cavabı sizdən eşitmək istəyirəm! Ağlayıram, daha belə yaşamaq istəmirəm!”, – 19 yaşlı Timur öz “Instagram” səhifəsində yazıb.
Gənc Tsiskaridze ilə qohumluğunu sübut etmək niyyətindədir.
“Çox yaxşı bilirsiniz ki, sizin oğlunuz var. Bəli, sizə çox qəzəbiliyəm, amma bütün bunlara baxmayaraq, atam olduğunuza görə çox şadam”, – deyən Timur atasına müraciətlə deyib.
Gənc aktyor “Komsomolki” nəşrinin müxbirinə verdiyi müsahibəsində sirlərini açıb.
Gənc bildirib ki, kasıb azərbaycanlı ailəsində anadan olub. Anası varlı ailələrin övladlarına dayəlik edib, müxtəlif ev işləri görüb. Uşaqlıqdan valideyn sevgisinə möhtac qalıb. Anası ona soyuqqanlı davranıb, atası isə doğulduğundan xəbərsiz olub.
Anası ilə atasından bəhs edən Timur onların teatrda tanış olduqlarını bildirib.
Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.
Qeyd edək ki, Nikolay Tsikaridze balet rəqqası və müəllimdir. 1992-2013-cü illərdə Bolşoy Teatrının balet üzrə solisti olub. O, 2001-ci ildə Rusiya Federasiyasının Xalq artisti adına laiq görülüb. Eyni zamanda, 2013-cü ildən Şimali Osetiyanın Xalq rəssamıdır.
Üç dəfə “Qızıl Maska” teatr mükafatına layiq görülüb. 2011-ci ildən Rusiya Prezidentinin Mədəniyyət və İncəsənət Şurasının üzvü seçilib. Nikolay Tsiskaridze evli olmadığını və ailə həyatı qurmağa tələsmədiyini bildirib.
Rəşad Əliyev