Xaricdə iş, xaricdə təhsil. İndi sosial şəbəkələrdə bu cür səhifələrə tez-tez rast gəlmək mümkündür.
Avropada təhsil almaq və karyera qurmaq istəyənlər də az deyil. Sözügedən şirkətlər və ya şəxslər müəyyən məbləğ qarşılığında viza alınması, gedəcəyi ölkədə işlə təminatı və yerləşdirməni təmin edirlər.
Bəs bu şirkətlərin fəaliyyətləri rəsmi olaraq tanınırmı? İnsan alverinin qurbanına çevrilməyəcəyinizə zəmanəti kim verir?
Bir çoxlarını maraqlandıran bu suallara əməkdaşımız Tehran Orucoğlu cavab tapmağa çalışıb. Reportajı izləyək.