ÇıxışYolu.Com – Xarkovda millətçilər Jukovun heykələni məhv etdilər

Baxış sayı: 3. 795 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xarkovda millətçilər Jukovun heykələni məhv etdilər

Ukraynanın Xarkov şəhərində millətçilər sovet marşalı Georgi Jukovun heykəlini aşırıblar.

“Unian” portalı xəbər verir ki, hadisə Qriqorenko prospektinə yenidən Jukovun adının verilməsinə dair keçirilən etiraz aksiyası zamanı baş verib.

Yerə düşən heykəli çəkiclərlə xırda paralara bölüblər.

Etiraz aksiyası zamanı polislə toqquşma qeydə alınıb, xəsarət alanlar var. Polis Ukrayna Cinayyət məcəlləsinin 2 maddəsi ilə iş qaldırıb.

Xarkov meri Qennadi Kernes heykəlin bərpa ediləcəyini bildirib.