Müğənni Xatirə İslam “Maşın” şouda udduğu avtomobilin aqibətindən danışıb.
ÇıxışYolu.Com xəbər verir ki, Xatirə bu barədə “Xəzər” TV-də yayımlanan “5/5” proqramında qonaq olan zamanı söz açıb.
Verilişdə qardaşı Turaldan bəhs edən Xatirə İslam “Maşın” şouda udduğu avtomobili ona hədiyyə etdiyini bildirib.
“Tural özü oxuyub. Onun yerinə mən oxumamışam. “Maşın” şouda udduğum avtomobili qardaşım Turala hədiyyə etmişəm. Özüm isə “Mersedes Viana”nı sürürəm”.
Qeyd edək ki, 2017-ci ildə keçirilən “Maşın” şounun finalına çıxan üç iştirakçı – müğənni Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat yatmadan maşın ətrafında dayanıb.
Əlini avtomobildən ilk çəkən Samir Cavadzadə olub. Müğənninin şouda səhhəti pisləşərək xəstəxanaya düşüb. Daha sonra iştirakçılar həkim müayinəsindən keçib və Rəşad Dağlının səhhətinin pis olduğu bildirilib. Beləliklə, “Maşın”ın qalibi Xatirə İslam olub.
Rəşad Əliyev