ÇıxışYolu.Com - Xırdalan sakinlərinə şad xəbər

ÇıxışYolu.Com – Xırdalan sakinlərinə şad xəbər

Baxış sayı: 2. 438 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xırdalan sakinlərinə şad xəbər

Xırdalan dairəsi istiqamətindən prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinə qədər olan hissədə “Azərsu” ASC tərəfindən su təhizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə əlaqədar yollar bağlanıb.

Bu barədə ÇıxışYolu.Com-a “Azərsu” ASC-nin şöbə müdiri Fuad Təhməzov məlumat verib. O bildirib ki, layihə Azərbaycan və Səudiyyə İnkişaf  Fondunun birgə maliyyə dəstəyi ilə həyata keçirilir:

“2035-ci il üçün perspektiv inkişaf nəzərə alınmaqla 200 min nəfər şəhər əhalisinin 24 saat fasiləsiz su ilə təmin olunmasına hesablanan layihənin icrasına  2017-ci ilin iyun ayında başlanılıb. Mərhələli şəkildə aparılan işlərin cari ilin dekar ayında tamamlanması gözlənilir. Layihə çərçivəsində şəhər ərazisində 170 km su şəbəkəsinin çəkilməsi nəzərdə tutulub. Hazırda onun 145 km-lik su şəbəkəsinin (təxminən işlərin 85 faizi) çəkilməsi demək olar ki, yekunlaşdırılıb. Bundan başqa nəzərdə tutulan 109 km-lik kanalizasiya şəbəkəsinin də 78 km-lik hissəsinin çəkilişi tam şəkildə başa çatıb”.

Onun sözlərinə görə, şəhər şəbəkəsinin dayanıqlı su ilə təmin edilməsi üçün Xırdalan şəhər ərazisində iki su anbarı da inşa edilir:

“Dayanıqlı su təminatı üçün hər birinin tutumu 10 min kub olan iki ədəd su anbarının inşası işləri davam edir. Anbarlardan birində işlərin 95 faizi, digərində isə 60 faizi demək olar ki, tamamlanmaq üzrədir”.

F.Təhməzov 8 min 8 yüz abonentin su sayağacı ilə təmin olunduğunu da diqqətə çatdırıb:

“Layihə üzrə 15 min abonentə su sayğacının quraşdırılması nəzərdə tutulub. Onlardan 8 min 800-ü artıq quraşdırılıb. Su şəbəkəsinin təqribən 60 km-lik hissəsində əhali artıq 24 saat fasiləsiz su ilə təmin olunub”.

Xırdalanda asfalt küçələrinin bərpası isə sentyabr ayının 15-nə qədər tamamlanıb şəhər əhalisinin istifadəsinə veriləcək:

“Asfalt yollarla bağlı tikinti işləri mərhələli şəkildə aparılır. Əvvəlcə kanalizasiya xətləri, su şəbəkəsi və digər işlər ardıcıllıqla tamamlanacaq. Daha sonra asfalt örtüyünün çəkilməsinə başlanılacaq. Dərs ilinin başlanmasını nəzərə alaraq Heydər Əliyev prospektində işlərin sentyabr ayına qədər yekunlaşması planlaşdırılır. Digər küçələrdə isə demək olar ki, görülən işlər artıq bitmək üzrədir”.

Könül Cəfərli