Həmin gün yaşadıqlarını düşünüb, özümüzü onun yerinə qoysaq , Allahdan önun üçün səbr diləsək görəsən acılarına, yaşaqdıqlarına məlhəm olarmı?
İtirdiklərinin yeri dolarmı? 27 il ötməsinə baxmayaraq, bu gün də baş verənləri xatırlayanda gözləri yaşla dolursa….
Hələ 14 yaşındaykən ikinci dəfə köçkün həyatı yaşamasını, 8 nəfərlik ailəsinin parçalanmasını, əsir düşdüyü zaman, düşmənlərin çörək əvəzinə, onlara torpaq yedizdirdiyini, iki qardaşının və atasının nə olüsündən, nə dirisindən 15 il xəbər tutmamasını necə unutsun axı?
Söhbət Xocalı faciəsinin şahidlərindən, həmin vaxt 14 yaşı olan Mürvət Məmmədovdan gedir.
Mürvət Məmmədov yaddaşından heç vaxt silinməyəcək o hadisələri yana-yana xatırlayır
İndi Mürvətin ən böyük istəyi torpaqlarımızın geri qaytarılmasıdır.
Atasının və qardaşlarının qəbrini tapmaq ümidi olmasa da, heç olmasa ruhlarının uyuduğu torpaqlara addım atsa, bəlkə ona da təsəlli olar.
Billurə Mikayıllı, Valeh Arifoğlu