Fevralın 23-də İsraildə “Aziz” İctimai Qurumu və “Vaad L’hatzola” Amerika Yəhudi Təşkilatının üzvlərinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Yerusəlimdə, “Prezident Meşəsində” yerləşən “Xocalı-613” bağında keçirilən anım günündə İsrail parlamentinin deputatları, görkəmli ictimai xadimlər də iştirak ediblər.