320425
İsveçrənin Sürix kantonunun sakinləri xoruzun gecələr banlamasına görə, məhkəməyə şikayət ediblər.
“Neue Zurcher Zeitung” qəzeti xəbər verir ki, məhkəmə xoruzun sahibinin adi günlərdə quşun axşam saat 22:00-dan səhər saat 08:00-dək, bazar günləri isə axşam saat 22:00-dan səhər saat 09:00-dək “səssiz” qalmasını təmin etməyə dair hökm edib.
Xoruz göstərilən müddət ərzində toyuq hinini tərk edə bilməz.
Məhkəmə toyuq hininin səs izolyasiyasını yaxşılaşdırmağı da tələb edib.