ÇıxışYolu.Com – Xorvatiyanın millimizlə oyun üçün heyəti

Baxış sayı: 3. 910 dəfə baxılıb.

ÇıxışYolu.Com - Xorvatiyanın millimizlə oyun üçün heyəti

Futbol üzrə Xorvatiya millisinin AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunları üçün heyəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Zlatko Daliç yığmaya 24 futbolçu dəvət edib. 

Heyətdə cəza üzündən millimizlə oyunu buraxacaq “Liverpul”un mərkəz müdafiəçisi Deyan Lovren də var. Milliyə çağırılmış həmin futbolçular bunlardır:

Qapıçılar: Lovre Kaliniç (“Aston Vila”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”), Simon Sluqa (“Riyeka”);

Müdafiəçilər: Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Marin Leovats (“Dinamo”), Antonio Miliç (“Anderlext”, Belçika), Duye Çaleta-Sar (“Marsel”, Fransa);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Latsio”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Marko Roq (“Sevilya”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Filip Bradariç (“Kalyari”, İtaliya);

Hücumçular: İvan Perişiç (“İnter”, İtaliya), Andrey Kramariç (“Hofenhaym”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Marko Piatsa (“Fiorentina”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya), Yosip Brekalo (“Volfsburq”, Almaniya).

Bundan başqa, Karlo Bartolets (“Norşelan”, Danimarka), Bruno Petkoviç (“Dinamo”), Marin Ponqraçiç (“Zalsburq”, Avstriya) və Yosip Posavets (“Xayduk”) ehtiyat heyət üzvü kimi siyahiya əlavə olunub.

Qeyd edək ki, Xorvatiya millimizi martın 21-də qəbul edəcək, üç gün sonra isə Macarıstanın qonağı olacaq.

Səbuhi MUSAYEV