Venesuela müxalifətinin lideri Xuan Quaido Venesuelaya qayıtdığını elan edib. Bu barədə o, öz “Twitter” səhifəsində xəbər verib.
Hazırda öz sevimli torpağında olduğunu yazan Quaido, hava limanından Karakasa getmək niyyətində olduğunu bildirib.
“Infobae” portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.
Quaido bir müddət öncə martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi.
Xatırladaq ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Amerika, hakimiyyətin dinc yolla Nikolas Madurodan Xuan Quaidoya ötürülməsi üçün dəstək toplamağa çalışdığını bildirmişdi.