ÇıxışYolu.Com - Yalçın Rzazadə evə buraxıldı: ödündə problemlər var

ÇıxışYolu.Com – Yalçın Rzazadə evə buraxıldı: ödündə problemlər var

Baxış sayı: 2. 486 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yalçın Rzazadə evə buraxıldı: ödündə problemlər var

Səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Yalçın Rzazadə artıq evə buraxılıb.

Bununla bağlı ÇıxışYolu.Com-a Mərkəzi Dənizçilər Xəstəxanasından bildiriblər.

Qeyd edilib ki, Y.Rzazadə həkim müayinəsindən keçib:

“Xalq artistinin ödündə problemlər vardı. Həkimlərin təcili müdaxiləsindən sonra vəziyyəti stabilləşib. Ambulator müayinədən keçən Yalçın Rzazadə evə buraxılıb”.

13:02

Xalq artisti Yalçın Rzazadənin səhhəti qəflətən pisləşib. 

Müğənninin oğlu Yusif Rzazadə atasının səhhətində yaranmış problemlərlə bağlı ÇıxışYolu.Com-a açıqlama verib:

“Atam hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındadır. Üç gündür səhhəti heç də yaxşı deyil. Hazırda həkimlər atamın vəziyyətini normallaşdırmağa çalışırlar. Gözlərinin içi sapsarıdır. Qanında zəhərlənmə aşkarlanıb. Ürəyində problemlər var”.

Qeyd edək ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Bakıdan anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Xalq Artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var. 

Rəşad Əliyev