Yaponiyanın cənubunda yanğın nəticəsində qədim Süri qəsri tamamilə məhv olub.
TASS xəbər verir ki, yanğın gecə saatlarında Okinava adasında baş verib.
Burada 20-dən artıq yanğın söndürən heyət alovla mübarizə aparıb, lakin qədim qala külə dönüb.
Yerli polis hadisənin səbəblərini araşdırır.
Süri qəsri XIV əsrdə tikilib. 2000-ci ildə o YUNESKO-nun Ümumdünya irsi siyahısına salınıb.