ÇıxışYolu.Com - Yasamalda narkotacir tutuldu

ÇıxışYolu.Com – Yasamalda narkotacir tutuldu

Baxış sayı: 2. 616 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yasamalda narkotacir tutuldu

Yasamalda narkotik satışı ilə məşğul olan Bakı sakini Çingiz Hacıyev saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan beş büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Ç. Hacıyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.