ÇıxışYolu.Com - Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib

ÇıxışYolu.Com – Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib

Baxış sayı: 2. 355 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yataqxanadakı yanğında xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib

Sahil qəsəbəsindəki yanğında xəsarət alan şəxslərdən biri, təxminən 30-35 yaşlarında qadın xəstəxanaya yerləşdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, zərərçəkən yüngül tüstüdən zəhərlənmə şikayəti ilə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.  

Əldə etdiyimiz məlumata görə, qadının vəziyyəti normaldı.  

Müayinələrdən sonra evə buraxılacaq. 

14:04

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub. 

ÇıxışYolu.Com-nun məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur. 

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb.  

Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib. 

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.