Bir sərgi – iki fərqli məkanda və fərqli mövzularda.
Biz artıq dekabr ayının 13-dən Rotunda Hall-da saat 18:00-dan 00:00-dək “Axşam Bazarı” moda tədbirindən əylənməyə başlayacağıq. Burada bir qədəh kokteyl içərək Azərbaycan dizaynerlərinin dəbli yeniklərindən və Garage Sale-nin ən dəbli bloqerlərindən zövq alacaqsınız, ən əsası, xüsusi məsləhətçi heç kimi laqeyd qoymayan obrazları ilə Sizə öz məsləhətlərini verəcək.
Yerli sənətkarların stendlərini (#wakeupartists) unutmuruq – onların işləri və şəxsən özləri ilə tanış olmaq üçün əla fürsətdir.
Gecənin sonunda isə DJ-lərin və Dihaj qrupunun musiqiləri ilə bayram atmosferinə girəcəksiniz.
Bir gün sonra isə, 14 dekabrda Passaj-da Handicraft Baku “Let It Snow” sərgisi ilə Sizi 90-cı illərin bayram atmosferinə salacaq. Sizi canlı musiqi, maraqlı əl işləri, dadlı yeməklər və yaxınlarınız üçün Yeni ilə xüsusi qiymətlərlə geniş hədiyyə seçimi gözləyir.
Handicraft Baku hamınızı səbirsizliklə gözləyir!