Xəzər sahilindən yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Mənzil İnşaatı Dövlət Agentliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.
Bildirilir ki, 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək.