Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə və gənclər arasında sambo üzrə dünya çempionatı başa çatıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, millimizin dörd idmançısı bürünc medal qazanıb.
Bunlar yeniyetmə millimizin üzvləri – Elvin Bağırov (-56 kq), Kənan İsmayılov (-60 kq), Hacıbala Cəbrayılov (-70 kq) və Toğrul Salmanovdur (+87 kq).
Qeyd edək ki, millimiz bu yarışa Bəxtiyar Hacıyevin rəhbərliyi altında 15 idmançı (doqquz yeniyetmə və altı gənclər millimizin üzvü) ilə yollanmışdı.
Səbuhi Musayev