Günəşdə yaranmış üç güclü partlayışın səbəb olduğu maqnit qasırğası Yer kürəsinə yaxınlaşmaqdadır.
Gazeta.ru xəbər verir ki, maqnit qasırğasının təsiri mart ayının sonunadək hiss olunacaq.
Astronomlar bildiriblər ki, maqnit qasırğası şimal parıltısına səbəb olacaq.
Həkimlər maqnit qasırğası ilə əlaqədar olaraq insanların səhhətində problemlər yaranacağı barədə xəbərdarlıq ediblər.