Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.
News.am xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər – 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.
Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.
Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.
Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.