Yerevanda “Spayka” MMC-nin direktoru David Kazaryanın həbsinə qarşı etiraz edən şirkət əməkdaşları məhkəmə binası qarşısındakı Tiqran Mets prospektinin bir hissəsini bağlayıb.
Bu barədə News.am məlumat yayıb.
İnformasiyaya görə, ərazidə olan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri Kazaryanın aparıldığı avtomobilin hərəkətinə əngəl yaratmağa çalışıb. Bəzi etirazçılar hətta maşına zərbələr endirib. Polis avtomobili böyük çətinliklə ərazidən uzaqlaşdıra bilib.
Etirazçılar “Nikolanı tələb edirik”, “David Kazaryan”, “Sona kimi mübarizə” kimi şüarlar səsləndirib.
Qeyd edək ki, Yerevan məhkəməsinin hakimi Karen Farxoyan aprelin 8-də Ermənistanın Dövlət Gəlirlər Komitəsinin İstintaq idarəsinin müstəntiqinin vəsatətini təmin edərək, “Spayka” şirkəti barəsində iki aylıq həbs qərarı çıxarıb.
Nəşrin məlumatına görə, ona vergidən yayınma maddəsi ilə cinayət işi açılıb.