ÇıxışYolu.Com - Yevlaxda keçmiş məhkum öldürüldü

ÇıxışYolu.Com – Yevlaxda keçmiş məhkum öldürüldü

Baxış sayı: 3. 235 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yevlaxda keçmiş məhkum öldürüldü

Yevlax rayonunda qətl hadisəsi baş verib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə rayonun Ərəbbəsrə kəndində yerləşən fermaların birində qeydə alınıb.

Fermada gözətçi işləyən keçmiş məhkum – 1960-cı il təvəllüdlü Qafarov Tahir Bəylər oğlu işdə olan zaman ona naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəş açılıb.

Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

İlhamə Əbülfət