ÇıxışYolu.Com – “YouTube”də problem yaranıb

Baxış sayı: 3. 831 dəfə baxılıb.

ÇıxışYolu.Com - “YouTube”də problem yaranıb

Bu axşam “YouTube” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

Bu barədə gazeta.ru məlumat yayıb.

Xəbər verilir ki, Bakı vaxtı ilə saat 20:00-dan etibarən, sosial şəbəkədəki problemlərlə bağlı kütləvi şikayətlər daxil olmağa başlayıb.

Şikayətlərin 67 faizi videoçarxların açılmaması, 21 faizi səhifənin ümumi işi ilə bağlı olub. Bir çoxları isə öz akkauntlarına girə bilmədiklərini qeyd ediblər.

Problem əsasən Rusiya, Ukrayna, ABŞ, Meksika və Braziliyada qeydə alınıb.