Göyçay rayonunda magistral yolda xırda buynuzlu heyvanların vurulması ilə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb.
Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yoldan keçən qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub.
Faktla bağlı araşdırma aparılır.