ÇıxışYolu.Com - Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı?

ÇıxışYolu.Com – Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı?

Baxış sayı: 2. 739 dəfə baxılıb.

ÇıxışYolu.Com - Zəhərlənmələrin tüğyan etdiyi aylar başlayıb: necə qorunmalı?

Qarın ağrısı, qusma və ishal kimi şikayətlər qida zəhərlənməsindən xəbər verir. Bu əlamətlər özünü göstərirsə, mütləq həkimə müraciət olunmalıdır.

Əsasən, isti havalarda tez-tez rast gəlinən, hətta ölümə belə yol açan bu təhlükədən necə qorunmalı və nələrə diqqət etməliyik?

1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bildirir ki, əgər kimsə zəhərləndiyini hiss edərsə, ilkin olaraq bol-bol su içməli və yediyi qidanı qaytarmağa çalışmalıdır.

Müsahibimizin sözlərinə görə, zəhərlənmələrin ən ağırı hisə verilmiş qidalardan qaynaqlanır.

O deyir ki, iyun-sentyabr aylarında zəhərlənmə ilə bağlı müraciət edənlər daha çox olur. Zəhərlənmələrin təməlində xroniki mədə-bağırsaq xəstəlikləri dayanır.

Həkim onu da qeyd edir ki, əvvəlki illərlə müqayisədə qida zəhərlənmələri bu il az müşahidə olunur.

Daha ətraflı Baku TV-nin hazırladığı süjetdə:

İlhamə Kələyeva

Orxan Hüseynzadə