ÇıxışYolu.Com - Zaqatalada 11 yaşlı qız müəmmalı şəkildə öldü

ÇıxışYolu.Com – Zaqatalada 11 yaşlı qız müəmmalı şəkildə öldü

Baxış sayı: 4. 061 dəfə baxılıb.

ÇıxışYolu.Com - Zaqatalada 11 yaşlı qız müəmmalı şəkildə öldü

Zaqatalada 11 yaşlı qızın ölümü ilə bağlı yeni məlumatlar yayılıb. 

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, 2008-ci il təvəllüdlü Gülnaz Naqqayeva evin böyük qızı olub. 

Ailə üzvləri axşam televizora baxan zaman Gülnazın ortalıqda olmamasından narahat olublar. Axtarışlar zamanı onun asılmış meyitini evin yaşayış olmayan birinci mərtəbəsində tapıblar. 

Həmin mərtəbədə yelləncək olub və ilkin ehtimallara görə, azyaşlı yellənmək istəyərkən ehtiyatsızlıqdan ip boğazına dolaşıb. 

Qeyd edilir ki, G.Naqqayeva Danaçı kənd orta məktəbinin dördüncü sinfində təhsil alırmış. 

Danaçı kənd bələdiyyəsinin sədri Əmrullah Həlləyevin verdiyi məlumata görə, meyit ekspertizaya göndərilib və aparılan araşdırmalardan sonra azyaşlının ölüm səbəbi bilinəcək. 

Ə.Həlləyev həmin ailədə və azyaşlının sağlamlığında heç bir problemin olmadığını bildirib. 

10:18

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə rayonun Danaçı kəndində olub.

Kənd sakini, 2008-ci il təvəllüdlü Gülnaz Naqqayeva intihar edib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Məlumata görə, onun meyiti yaşadığı evdə aşkar edilib. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma başlanılıb.

Samir İsayev