Almaniya Kansleri Angela Merkelin Ukraynanın yeni Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı halı pisləşib.
Hadisənin görüntüsünü “REN TV” yayıb.
Kadrlarda A.Merkelin özünü yaxşı hiss etmədiyi açıq-aydın görünür. Kansler müvazinətini itirməməyə və titrəməsini gizlətməyə çalışır.
Bəziləri bunu isti hava şəraiti ilə əlaqələndirirlər. Belə ki, hazırda Berlində anomal istilər müşahidə olunur.