Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Donbas regionunun əhalisinə Rusiya pasportlarının verilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı Moskvanın qərarına cavab hazırladığını bəyan edib.
Bu barədə Ukrinform agentliyi məlumat yayıb.
Zelenski bildirib ki, cavab tədbirləri ilə əlaqədar Ali Rada üçün bir sıra təkliflər hazırlayıb.
“Bu baxımdan biz kreativ olmalıyıq, çevik və ağıllı hərəkət etməliyik. Ona görə hələlik hazırlıq görəcəyik, sonra isə hamıya göstərəcəyik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas regionunun əhalisi üçün Rusiya pasportlarının verilməsi qaydasının sadələşdirilməsinə dair iki sərəncam imzalayıb.