Özündən 26 yaş kiçik olan Murat adlı bəylə ailə həyatı qurub, 36 saatdan sonra ayrılan 61 yaşlı türkiyəli müğənni Zerrin Özerin boşanma səbəbləri məlum olub.
Adı dələduzluqda hallanan Murat Akıncının tanınmış homoseksuallarla münasibəti olması barədə faktlar üzə çıxıb. Belə ki, Muratın bir müddət öncə sosial şəbəkədə məşhurlaşan DJ Hakan Kakızla eşq yaşadığı məlum olub.
DJ Hakan özü bu məlumatı təsdiqləyib. O, açıqlamasında Muratın ona çılpaq fotolarını göndərdiyini və dələduz olduğunu vurğulayıb:
“Bu adam sərvət arxasınca qaçan biridir. İllər əvvəl mənə yazırdı, aşiq olduğunu deyirdi. Hətta mənə çılpaq şəkillərini atırdı. Digər dostlarımı da bu yolla aldadıb”.
Ötən gecə isə Zerrin Özerin qəflətən halı pisləşib. Bu məlumatı “Habertürk”ə sənətçinin meneceri Kamal Aslan verib.
Onun sözlərinə görə, Zerrin evində husşuz vəziyyətdə tapılıb:
“Zerrin xanım güclü stres keçirib. Evdə özündən gedib. Təcili yardımla xəstəxanaya apardıq. Qan təzyiqi çox yüksəkdir. Həkimlər əllərindən gələni edirlər. Ancaq təzyiq yenidən qalxır”.
Qeyd edək ki, cütlüyün evlənib, 36 saatdan sonra boşanmasına “Kanal D”də yayımlanan “2-ci Sayfa” verilişinə zəng edən Seda adlı qadının 34 yaşlı Muratın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləməsi səbəb olub.
Rəşad Əliyev