Bu gün milli komandaların FIFA reytinqi açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, 211 yığmanın yer aldığı cədvəldə Azərbaycan millisi irəliləyib.
Düzdür, Nikola Yurçeviçin yetirmələri geridə qalan müddət ərzində heç bir oyun keçirməyib. Sadəcə olaraq, Zimbabvenin geriləməsi sayəsində komandamız 109-cu pilləyə qalxıb. Millimiz hazırda bu pillədə 1188 xalla Bəhreynlə şərikdir.
Millimizin Avropa çempionatının seçmə qrupundakı rəqiblərindən Xorvatiya və Uels bir pillə geriləyərək müvafiq olaraq VII və XXIV sıraya düşüb. Slovakiya XXXI yerdə qalıbsa, Macarıstan 42-ci yerdən 45-ə geriləyib.
Qeyd edək ki, ilk “onluq”da Belçika yenə liderdir. Braziliya və Fransa isə yerdəyişmə edib. Bu komandalar müvafiq olaraq II və III sıradadırlar. İngiltərə IV yerdədir. Yerdəyişmə edən digər “onluq” komandaları isə bu sıra ilə gəlir: Uruqvay, Portuqaliya, Xorvatiya, Kolumbiya, İspaniya, Argentina.
Səbuhi Musayev