Xalq artisti Zülfiyyə Xanbabayeva “İnstagram” hesabında paylaşımı ilə gündəmə gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, “Oxu” adlı mahnısına çəkdirdiyi klipinin kadr arxası fotolarını paylaşan sənətçi onun görünüşünə bəzək-düzək verən saç və makiyaj ustalarına mesaj ünvanlayıb:
“Məni elə gözəlləşdirirsiniz ki, plastik həkimlərə müraciət etməyə ehtiyacım qalmır”.
Bununla da Z.Xanbabayeva ona tamaşaçılar tərəfindən ünvanlanan “Plastik əməliyyat etdirmisiz?” suallarına cavab vermiş olub.
Qeyd edək ki, xarici görünüşünə diqqətlə yanaşan xalq artisti Zülfiyyə Xanbabayeva müasir kosmetologiyanın köməyi ilə simasına əl gəzdirib.
O, həmçinin incəsənət nümayəndələri arasında dəbdə olan “Hollivud gülüşü”nə sahib olmaq üçün dişlərinə vinir taxdırıb.
Rəşad Əliyev