Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Bavariya” və “Barselona” klubları növbəti mərhələyə vəsiqə qazanıb.
İstanbulun “Vodofone Arena” stadionunda baş tutan cavab qarşılaşmasında “alman maşını” “Beşiktaş”ı 1:3 hesabı ilə məğlub edib.
Qolları Tiaqu Alkantara və Sandro Vaqner vurub. Gökhan Könül 46 –cı dəqiqədə avtoqola imza atıb. Beşiktaş komandasının heyətində Vaqner Lav oyunun 84-cü dəqiqəsində təsəlli qolunu vurub.
Xatırladaq ki, Münhendə keçən ilk oyunda alman komandası “qartalları” 5:0 hesabı ilə məğlub etmişdi.
Kamp Nouda isə “Barselona” klubu “Çelsi”ni 3:0 hesabı ilə darmadağın edib. Messi dubl edərək (3 və 63-cü dəqiqələrdə) avrokubok turnirlərində 100-cü qoluna imza atıb. 20 dəqiqədə hesabı 2:0 çatdıran Osman Dembele isə katalon klubunda ilk dəfə seçilib.
Xatırladaq ki, Londonda keçən ilk qarşılaşmada 1:1 bərabərlik qeydə alınmışdı.
F.M.
www.ÇıxışYolu.Com