Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
ÇıxışYolu.Com-ın məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova “Şerif”i evdə Makedoniya “Şkendiya”sını sınağa çəkəcək. İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla üstələyən Xorvatiya “Dinamo”su möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq.
Günün son matçı Slovakiyada keçiriləcək. Öz meydanında gözlənilməz məğlubiyyət alan “Legiya” çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
31 iyul
21:00. “Hapoel” (Beer-Şeva, İsrail) – “Dinamo” (Zaqreb, Xorvatiya)
İlk oyun – 0:5
21:00. “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya)
İlk oyun – 0:1
22:30. “Spartak” (Trnava, Slovakiya) – “Legiya” (Varşava, Polşa)
İlk oyun – 2:0