Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti matçları başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kataloniyanın “Kamp Nou” stadionunda “Barselona” klubu, qrup mərhələdə “Qarabağ”ın rəqibi olmuş “Roma”klubu ilə üz-üzə gəlib.Katalonlar “Roma”nı 4:1 hesabı ilə darmadağın edib.
Maraqlıdır ki, matçda Roma oyunçuları ard-arda iki dəfə avtoqola imza atıb. 38-ci dəqiqədə De Rossi, 55-ci dəqiqədə isə Manolas topu öz qapısından keçirib. 59-cu dəqiqədə Pike seçilib.
80-ci dəqiqədə “Roma”nın hücumçusu Dzeko xal fərqini azaldıb. Ancaq 7 dəqiqə sonra “Barselona” klubunun hücumçusu Suarez oyunda son nöqtəni qoyub.
“Enfild” arenasında da iki İngilis klubu, “Liverpul” və “Mançester Siti” arasında məhsuldar oyun keçib. Ev sahibi qonaqları 3:0 hesabı ilə darmadağın edib. Oyunun 12-ci dəqiqəsində Liverpulun hücumçusu Salah Firminonun ötürməsindən sonra topu bir neçə metrdən tora ötürüb.
21-ci dəqiqədə Oksleyd-Çemberlen güclü zərbə ilə 25 metrədən baxımlı qol vuraraq fərqi ikiyə çatdırıb. 31-ci dəqiqədə isə Salahın möhtəşəm asmasını Mane qola çevirib.